"Bakı Metropoliteni" QSC-də qatarların hərəkətində problem yaranıb.
7News.Az xəbər verir ki, "Həzi Aslanov” – "Dərnəgül” xəttində - "28 may" və "Nizami" stansiyaları arasındakı tunellərdə qatarlar qalıb.
Məsələ ilə bağlı Bakı metrosunun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, problemlə bağlı araşdırma aparılır.
"Nizami-İnşaatçılar" sahəsində metropolitenə gələn xətlərdə elektrik enerjisinin verilməsində qısamüddətli gərginlik düşməsi nəticəsində xətlər üzrə qatarların hərəkətində yubanmalar müşahidə olunur", - deyə o, qeyd edib.








