RU
SON DƏQIQƏ: Azərbaycanda 50-dən çox turistin olduğu avtobus qəzaya uğradı - YENİLƏNİB + FOTO
15:20
1188

SON DƏQIQƏ: Azərbaycanda 50-dən çox turistin olduğu avtobus qəzaya uğradı - YENİLƏNİB + FOTO

Hacıqabul rayonunda qəzaya uğrayan Tbilisi-Bakı sərnişin avtobusunda xəsarət alanlardan daha 17 nəfərin adı məlum olub. 

7news.Az Report-a istinadla xəbər verir ki, onların hamısı Gürcüstan vətəndaşlarıdır. 

Yaralıların siyahısını təqdim edirik: 

1. Qvanca Makhabelli - 2000-ci il təvəllüd 

2. Orbalişvili Petri Qadiroviç sürücü - 1971-ci il təvəllüd

3. Anna Qavuaşvili - 1983-cü il təvəllüd

4. Tamar Okronidze - 1972-ci il təvəllüd

5. Georgi Okronidze. Tamar Okronidzenin oğlu

6. Mariam Datviaşvili - 1995-ci il təvəllüd

7. Muriya Şuşaşin - 2002-ci il təvəllüd

8. Timatin Dokaşvili - 1976-cı il təvəllüd

9. Kuridze Qoderedze - 1991-ci il təvəllüd

10. Eka telberaşvili - 1976-cı il təvəllüd

11. Vano Bluaşvili - 2000-ci il təvəllüd

12. Niktlo Lovjanidze - 1975-ci il təvəllüd

13. Mariya Lovjanidze - 2000-ci il təvəllüd

14. Quli Şatanaşvili - 1964-cü il təvəllüd

15. Vaxtanq Datvirili - 2000-ci il təvəllüd

16. Tamta Şatanyaşvili - 2000-ci il təvəllüd

17. Sofiya iskoveradze - 1988-ci il təvəllüd

Şirvab Şəhər Xəstəxanasına əlvə iki nəfər də xəsarət alan gətirilib. 

13:31

Bakı-Qazax yolunda aşan turist avtobusunun sərnişinləri orta məktəb şagirdləri və onların valideynləri olub.

7news.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, Gürcüstanın Qori şəhərindən olan orta məktəb şagirdləri və onların valideynləri Bakıya ekskursiyaya yollanıblar.

Avtobusda olan 20 uşaq və 10 valideyn müxtəlif dərəcəli xəsarətlər alıb.

 

13:31

Bakı-Qazax yolunda sərnişin avtobusu "KamAZ” markalı yük maşını və "Mercedes” markalı avtomobillə toqquşub.

7news.Az-ın APA-ya istinadən xəbərinə görə, avtobusda Tbilisidən Bakıya gələn 54 turist olub. Onlardan 20-yə yaxını xəsarət alıb.

Yük maşını və minik avtomobili ilə toqquşan avtobus yoldan çıxaraq kənardakı yaşıllıq zonasına girib.

12:33

Bakı-Qazax yolunda sərnişin avtobusu aşıb.

7news.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə Hacıqabul rayonun Atbulaq qəsəbəsi ərazisində qeydə alınıb.

Çoxyerli avtobusun "KamAZ” markalı yük maşını ilə toqquşaraq aşdığı bildirilir.

İlkin məlumata görə, çoxlu sayda xəsarət alanlar var.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ