Bu gün səhər saatlarında Bakıda ağır yol qəzası baş verib.
Hadisə şahidlərinin BAKU.WS-in "qaynar xətti”nə verdikləri məlumata görə, qəza Sabunçu rayonu ərazisində, Maştağa körpüsünün üstündə qeydə alınıb.
İki minik maşını toqquşub, avtomobillərdən biri körpüdən aşıb.
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən BAKU.WS-ə bildirilib ki, qəza nəticəsində 7 nəfər xəsarət alıblar.
Yaralılardan 5 kişi, ikisi qadındır.
Qəza nəticəsində xəsarət alanlar təcili yardım həkimləri vasitəsilə 3 saylı Sabunçu xəstəxanasına aparılıblar.
7News.Az







