Bakıda tikilməkdə olan binada yanğın olub. 7News.az apa-ya istinadən xəbər verir ki, hadisə Xətai rayonu Babək prospektində tikilməkdə olan 16 mərtəbəli binanın 2-ci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində orada işləyən, Tovuz rayon sakini Muradxan Qarayev yanaraq ölüb. Fakta bağlı araşdırma aparılır.