Bakıda yanğın hadisəsi qeydə alınıb.
7NEWS.az FHN-nin saytına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda dörd mərtəbəli yaşayış binasının dəhlizində 15 p.m kabel və 1 ədəd kondisioner yanıb.
Yanğın zamanı mənzillərdən 7 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.








