RU
SON DƏQİQƏ! Bakıda GÜCLÜ YANĞIN - 30 sakin təxliyə olundu
09:20
739

SON DƏQİQƏ! Bakıda GÜCLÜ YANĞIN - 30 sakin təxliyə olundu

Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında güclü yanğın olub.

7News.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabelləri 40 p.m və 1-ci mərtəbənin pilləkən qəfəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini tüstüdən zəhərlənib və 30 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

7News.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ