Bakıda kafedə dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.
7news.Az-ın əldə etdiyi məlumata əsasən, ölənlərdən biri qadın, biri kişidir.
Onlar İbrahimov Natiq və İbrahimova Şəkər adlı şəxslərdir.
15:57
Bakıda, Binəqədi rayonu, "Elit” Ticarət Mərkəzi yaxınlığında yerləşən kafedə partlayış baş verib.
7news.Az-ın xəbərinə görə, partlayış nəticəsində iki nəfərin öldüyü bildirilir.
----
Bu gün Bakı şəhərinin Binəqədi rayonunda partlayış hadisəsi baş verib.
7news.Az xəbər verir ki, "Elite" ticarət mərkəzinin yaxınlığında qaz sızmasından partlayış olub. İlkin məlumata görə, 1 nəfər hadisə yerində vəfat edib.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər göndərilib.
Əlavə məlumat veriləcək.
7news.Az








