RU
SON DƏQİQƏ: Bakı metrosunda onlarla insan tuneldə qaldı, işıqlar söndü
16:28
2631

SON DƏQİQƏ: Bakı metrosunda onlarla insan tuneldə qaldı, işıqlar söndü

Bakının bəzi hissələrində elektrik enerjisi təchizatının verilməsində  problem yaranıb. 7NEWS.az-ın məlumatına görə, Sabunçu rayonunun Yeni Ramana qəsəbəsi, Heydər Əliyev prospekti, Xətai rayonu və Nizami rayonunda elektrik enerjisi təchizatının verilməsi dayandırılıb. "Azərişıq” ASC-dən saytımıza bildirilib ki, baş vermiş hadisəyə yarımstansiyalardan birinin fəaliyyətində nasazlıq yaranması səbəb olub: "Hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir. Qısa zamanda problem həll olunacaq və elektrik enerjisi təchizatının verilməsi bərpa olunacaq”.
Hadisə nəticəsində Bakı Metropolitenin işi də sıradan çıxıb. Onlarla insan tuneldə qalıb, metronun fəaliyyətində qısa fasilələr yaranıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ