RU
SON DƏQİQƏ - Bakıda ticarət mərkəzi yanır - VİDEO
08:46
494

SON DƏQİQƏ - Bakıda ticarət mərkəzi yanır - VİDEO

Bakıda ticarət mərkəzində yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Hazırda yanğının qarşısının alınmasını istiqamətində tədbirlər görülür.

Trend əməkdaşı hadisə yerindən görüntülər çəkib. Onları təqdim edirik.

 



BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ