RU
 SON DƏQIQƏ:   Bakıda yaşayış binasında YANĞIN - 14 nəfər təxliyə edildi
11:13
453

SON DƏQIQƏ: Bakıda yaşayış binasında YANĞIN - 14 nəfər təxliyə edildi

Bakı şəhəri, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən 7News.Az-a verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ