Xəbər verdiyimiz kimi, bu gün Babək prospektində yerləşən "Baku Medical Plaza”da yanğın baş verib. Hadisə ilə bağlı klinikanın "Instagram” səhifəsində məlumat paylaşılıb. Bildirilib ki, "Baku Medical Plaza” klinikasının Babək filialının ikinci korpusunda avtoklav cihazında qızma nəticəsində tüstülənmə baş verib. "Hadisə qısa vaxt ərzində lokallaşdırılıb. Havalandırma pərdəsi ilə tüstü mərtəbələrə daxil olduğundan xəstələr birinci korpusa müvəqqəti təxliyyə edilib. Hadisə nəticəsində insan həyatı üçün hər hansı təhlükə olmayıb” – deyə, bildirilib. ----
FHN mətbuat katibi Gülçin Mehdiyeva "Qafqazinfo"ya açıqlamasında bildirib ki, sözügedən səhiyyə ocağında tüstülənmə olub, onun da qarşısı alınıb.
"Baku Medical Plaza”nın PR meneceri Aysel Rzayeva da "Qafqazinfo"ya açıqlamasında qeyd edib ki, klinikanın avtoklav hissəsində qısqapanma olub, tez bir zamanda qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb. Xəstələrin təxliyyə edilməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.








