RU
SON DƏQİQƏ! Bərdədə partlayış - Yaralılar var
20:20
1062

SON DƏQİQƏ! Bərdədə partlayış - Yaralılar var

Bərdə rayonunda "Amminal" partlayıcı vasitənin partlaması nəticəsində iki nəfər xəsarət alıb

 7News.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Arabaçılar kəndində qeydə alınıb. Hələlik şəxsiyyəti məlum olmayan gənc oğlanın əlində " Amminal" partlayıcı vasitə ehtiyatsızlıqdan partlayıb.

Nəticədə gənc oğlan və onun həyat yoldaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hər iki yaralı Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 


Faktla bağlı araşdırma aparılır

 

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ