RU
SON DƏQİQƏ: Bu Avropa ölkəsi dəhşətli zəlzələ ilə sarsıldı - Yüzlərlə ölü və yaralı var / VİDEO
11:35
721

SON DƏQİQƏ: Bu Avropa ölkəsi dəhşətli zəlzələ ilə sarsıldı - Yüzlərlə ölü və yaralı var / VİDEO

Albaniyada iki güclü zəlzələ baş verib.

  7News.Az"euronews”ə istinadən xəbər verir ki, Şijak bölgəsində əvvəlcə 6,4 bal, ardınca isə 5,3 bal gücündə yeraltı təkan qeydə alınıb. Yeraltı təkanların episentri yerin 10 kilometr dərinliyində yerləşib. Rəsmi dairələrin məlumatına görə, zəlzələ zamanı həyəcanlanaraq eyvandan tullanan bir nəfər həyatını itirib.

Təbii fəlakət nəticəsində paytaxt Tiranadan 40 kilometr məsafədə yerləşən Durres şəhərində bir bina tamamilə dağılıb. Çox sayda tikilidə fəsadlar əmələ gəlib. Dağıntılar altında insanların qaldığı istisna edilmir. Bəzi mənbələr azı 5 nəfərin həyatını itirdiyini yazır. 100-dən çox yaralı var.

Yeraltı təkanlar İtaliya, Şimali Makedoniya, Xorvatiya və digər ölkələrdə də hiss edilib.


 , 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ