RU
Son dəqiqə: DOLLARLA BAĞLI QƏRAR VERİLDİ - KƏSKİN QALXIR
18:45
17368

Son dəqiqə: DOLLARLA BAĞLI QƏRAR VERİLDİ - KƏSKİN QALXIR

31.08.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,6321 səviyyəsində müəyyən olunub. Bu barədə "Marja"ya Mərkəzi Bankdan bildirilib. 

Avqustun 30-da USD/AZN rəsmi məzənnəsi 1,6280 manat səviyyəsində olub.  

Qeyd edək ki, bu ilin 11 Mart tarixində rəsmi USD/AZN məzənnəsi 1.6456 səviyyəsinədək qalxmış, 25 May tarixində isə 1.4900 səviyyəsinədək düşmüşdü. 


"Marja”nın bank dairələrindən əldə etdiyi məlumata görə, Mərkəzi Bankın bu gün keçirdiyi hərracda bankların dollara tələbi 560 milyon dollar olub.

Əvvəlki hərraclarda bankların dollara tələbi 600-700 milyon dollar civarında olurdu. Beləliklə, xeyli müddətdən sonra bankların dollara tələbi bir qədər azalıb.

Qeyd edək ki, bugün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılmış və 29 banka satılmışdır.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ