RU
Son dəqiqə: DTX və DİN Şuşada əməliyyat keçirdi
17:46
131

Son dəqiqə: DTX və DİN Şuşada əməliyyat keçirdi

İşğaldan azad edilmiş ərazilərdə silah-sursatların, mina və digər partlayıcı vasitələrin aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan 7News.Az-a bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin müvafiq qurumlarının əməkdaşlarının birgə keçirdikləri növbəti tədbirlər zamanı şəhər ərazisindən 1 pulemyot, 1 avtomat, 3 əl qumbarası, 1 qumbaraatan mərmisi, 691 ədəd 7.62 kalibrli patron və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ