Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.
7news.Az-ın xəbərinə görə, bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.
Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində dörd nəfərə ilkin tibbi yardım göstərilib.
S. Əhmədova qeyd edib ki, bir nəfər tüstüdən zərər çəkib, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.
-----
Bakıda hündürmərtəbəli binada yanğın başlayıb.
Hadisə Yasamal rayonu,H.Cavid prospekti 201 ünvanında yerləşən hündürmərtəbəli binada başlayıb.Hazırda əraziyə yanğınsöndürənlər briqadası, təcili tibbi yardım xidmətinin həkimləri cəlb olunub.Yanğın davan edir./femida.az









