RU
SON DƏQİQƏ— Ərdoğan ABŞ-ın Türkiyəyə qarşı qəbul etdiyi tarixi sanksiyadan danışdı
22:09
642

SON DƏQİQƏ— Ərdoğan ABŞ-ın Türkiyəyə qarşı qəbul etdiyi tarixi sanksiyadan danışdı

"Amerika Birləşmiş Ştatları Türkiyə Respublikasının vətəndaşlarına verilən vizaları müddətsiz olaraq dayandırıb. Türkiyə bu qərara çox üzülüb”.

Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynada səfərdə olarkən bildirib. Onun sözlərinə görə, hüquqi dövlət olan Türkiyə də Amerika hökumətinə qarşı eyni addımı atıb.

"Bu barədə xəbəri mənə xarici işlər nazirimiz bildirdi. Amerika Birləşmiş Ştatları Türkiyə Respublikasının vətəndaşlarına verilən vizaları müddətsiz olaraq dayandırıb. Biz də bununla bağlı ABŞ hökumətinə müraciət etdik. Xarici işlər nazirlərimiz danışdılar. Danışığın ardından biz də eyni addımı atdıq”, - deyə Ərdoğan bildirib. 
Qeyd edək ki, ABŞ hökuməti dünəndən Türkiyədən edilən viza müraciətlərini təxirə salıb. Bu barədə ABŞ-ın səfiri dünən Tvitter hesabında açıqlama verib. Açıqlamada deyilir: "Türkiyədəki bütün ABŞ diplomatik korpuslarındakı miqrant olmayan viza xidmətləri ləğv edilib”.

Bundan sonra Türkiyənin xarici işlər üzrə müşavir ABŞ səfiri ilə telefonda danışıb. Bundan başqa, dünən axşam saatlarında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-dan olan həmkarı Reks Tillerson arasında telefon danışığı olub. Danışıqlardan sonra Türkiyə də ABŞ kimi eyni addımı atıb./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ