Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Ağdam kəndində şiddətli atışma başlayıb. 7news.az bölgə müxbirinin verdiyi məlumata əsasən hazırda düşmən tərəfi xırda çaplı silahlardan atəşkəsi pozur. Silahlı qüvvələrimiz tərəfindən düşmənin təxribatına layiqli cavabı
verilməkdədir. Orudumuz düşmənin atəş mövqeylərinə cavab atəşi açır. Məlumat üçün bildirək ki, bu gün günorta saatlarında erməni tərəfi atəşkəsi pozub. Təxminən 2 saat öncə isə cəhbə bölgəsi istiqamətində yanğınlar törətməyə başlayıb.
***
01:31/Son məlumata görə təxribat təxminən 20 dəqiqə davam edib və düşmən, silahlı qüvvələrimiz tərəfindən tam susdurulub.








