RU
SON DƏQİQƏ: Gəmi batdı, sərnişinlərdən xəbər yoxdur
12:04
561

SON DƏQİQƏ: Gəmi batdı, sərnişinlərdən xəbər yoxdur

Göyərtəsində 60-dan artıq sərnişin olan Yəmən gəmisi Ərəb körfəsində, Sokotra adası yaxınlığında qəzaya uğrayaraq batıb.

7News.Az xəbər verir ki, gəmidə 64 sərnişin, o cümlədən qadın və uşaqlar varmış.

Gəmi Yəmənin Hadramaut vilayətindən - Əl-Mukalla şəhərindən adaya doğru marşrut üzrə hərəkət edirmiş. Məlumata görə, gəmi limandan ayrılandan bir müddət sonra sahil xidməti ilə əlaqəsi kəsilib.

Hadramaut vilayətinin müvafiq qurumları ada ətrafında axatarış-xilasetmə işləri aparırlar. Son məlumata görə, sulardan 2 nəfər xilas edilib, qalanların taleyi barədə məlumat yoxdur./trend
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ