RU
SON DƏQİQƏ: Helikopter okeana düşdü — Ölən və yaralananlar var
10:21
382

SON DƏQİQƏ: Helikopter okeana düşdü — Ölən və yaralananlar var

Braziliyanın Rio-de-Janeyro şəhərində okeana helikopter düşüb.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Barra-da-Tijuka çimərliyi yaxınlığında baş verib. Helikopter sahildən 200 metr aralıqda okeana düşüb.

Hadisə nəticəsində bir nəfər ölüb, daha üç nəfər isə yaralanıb.

Ölən şəxs 57 yaşlı pilot Murilo Sezar di Kastru Rebelludur. 

Hadisənin səbəbləri araşdırılır.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ