Səudiyyə Ərəbistanında ABŞ istehsalı olan pilotsuz təyyarəsi vurulub.
Bu barədə "Reuters” informasiya yayıb.
Xəbərə görə, hadisəni Yəməndəki İran dəstəkli Husi üsyançıları törədib. Husilərin mətbuat katibi Yəhya Sareya verdiyi açıqlamada PUA-nın ABŞ istehsalı olduğunu təsdiqləyib.
PUA-nın kəşfiyyat məlumatları toplamaq üçün uçuş həyata keçirdiyi iddia edilir. Səudiyyə Ərəbistanı rəhbərliyindəki beynəlxalq koalisiya məsələ ilə bağlı açıqlama verməyib./publika
7News.Az








