Türkiyə ordusu Suriyanın şimalında həyata keçirdiyi "Fərat Qalxanı” əməliyyatında İŞİD terror qruplaşmasına ağır zərbə vurub.
7News.az Türkiyə mediasına istinadən xəbər verir ki, bölgədəki etibarlı mənbələrdən əldə edilən məlumatlara görə, İŞİD-in "əmir”lərindən olan Əbu Hüseyn Tunisi öldürülüb.
Bildirilir ki, Əbu Hüseyn Tunisi dünən həyata keçirilən hava əməliyyatında içində olduğu avtomobil və mühafizəçiləri ilə birlikdə məhv edilib.
Tunisinin İŞİD-in liderlərindən biri olduğu və "əmir” olaraq Əl Baba göndərildiyi deyilir.
7News.az








