Türkiyə polisi İstanbulda gecə klubuna hücum edənin şəxsiyyətini müəyyənləşdirib.
7News.az xəbər verir ki, ilkin məlumatlarda həmin şəxsin 28 yaşlı Qırğızıstan vətəndaşı Yəhya Maşarapov olduğu bildirilir.
Terroristin şəxsiyyət vəsiqəsinin də şəkli yayılıb. Şəkildən şəxsiyyət vəsiqəsinin 2016-ci ilin 21 oktyabr tarixində Qırığızıstan Dövləq Qeydiyyatı Xidməti tərəfindən verildiyi məlum olur.
Xatırladaq ki, İstanbulda yeni il gecəsi "Reina” gecə klubunda törədilən terror nəticəsində 39 nəfər ölüb, onlarıdan 11-i türk, qalanları əcnəbidir. Təxminən 70 nəfər isə yaralanıb. Ölənlər arasında polis və gecə klubunun mühafizəçisi də var.
Türkiyə polisinin yaydığı məlumatda hadisəni törədənin milliyətcə uyğur, Qırğızıstan vətəndaşı olduğu vurğulanmışdı. Qırğızıstan Xarici İşlər Nazirliyi isə bunu ağlasığmaz olduğunu bildirmişdi.








