SON DƏQİQƏ: Kim Çen İn dünyasını dəyişib? - YENİLƏNƏCƏK
7NEWS.az xəbər verir ki, bu barədə sosial mediada paylaşımlar geniş müzakirəyə səbəb olub. Paylaşımlarda qeyd olunur ki, Kim Çen İn koma vəziyyətində olduğu xəstəxanada dünyasını dəyişib. Məlumat hələ rəsmi təsdiqlənməyib. Ancaq yaxın saatlarda dəqiq məlumatın yayəlacağı güman edilir.
Məumat üçün qeyd edək ki, ABŞ hakimiyyəti Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın səhhətinin pisləşməsi ilə bağlı kəşfiyyat məlumatlarını yoxlayır.
Bu barədə CNN məlumat yayıb.
Telekanal qeyd edir ki, ABŞ Kim Çen Inın həyatı üçün əməliyyatdan sonra ciddi təhlükənin olması barədə informasiyanı nəzərdən keçirir.
Öz növbəsində, Cənubi Koreyanın "Daily NK” nəşri də mənbələrinə istinadən bildirib ki, Kim Çen In ürək-damar sistemi ilə bağlı əməliyyatdan sonra müalicə kursu keçir.
Daha sonra ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inın səhhətinin pisləşməsi ilə bağlı məlumatlara münasibət bildirib: "Xəbərlərdə deyilən kimi bir vəziyyət varsa, bu, çox ciddi haldır. Yaxşı olmasını diləyirəm”, - deyə D.Tramp bildirib.
Xatırladaq ki, Şimali Koreya liderinin ağır ürək əməliyyatı keçirdiyi iddia olunur.
Cənubi Koreya rəsmiləri isə ürək əməliyyatı keçirdiyi iddia edilən Şimali Koreya lideri Kim Çen Inın ağır xəstə olmasına dair məlumatların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Bu barədə Mynet.com nəşri məlumat yayıb.
Cənubi Koreyanın Prezident Administrasiyasının açıqlamasında bir müddətdir xalqın qarşısına çıxmayan Şimali Koreya liderinin ağır xəstə olmasına dair bir işarə olmadığı qeyd edilib.