7NEWS.az xəbər verir ki, azərbaycanlı muğam ifaçısı, müğənni, Azərbaycanın xalq artisti Könül Xasıyevaya ağır itki üz verib. Belə ki, müğənninin atası Xasıyev Kazım Yaqub oğlu dünyasını dəyişib. Bu barədə 7NEWS.az-a müğənninin özü məlumat verib. Onun sözlərinə görə atası Şəki Şəhər Xəstəxanasında kassir işləyib: " 2 ildir nitqində qüsur yaranmışdı, dil paralici olmuşdur. Biz ailədə 4 bacı 2 qardaş olmuşuq. Böyük bacıb da 2002-ci ildə zob xərçəngindən rəhmətə gedib"
Məlumat üçün qeyd edək ki, mərhumun 3 və 7 mərasimi Şəkidə, ata evində keçiriləcəkdir.
7NEWS.az kollektivi olaraq dəyərli sənətçimizə başsağlı verir, səbr diləyirik. Allah rəhmət eləsin.