Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi rüşvət almaqda ittiham olunan vəzifəli şəxsin tutulması üçün əməliyyat keçirib.
Məlumata görə, Ziya Eldar oğlu Səfərəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvət alması barədə baş idarəyə məlumat daxil olub.
Keçirilən əməliyyat nəticəsində Ziya Səfərəliyev rüşvət alarkən həbs edilib.
İstintaq orqanı tərəfindən Ziya Səfərəliyevin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan edilib./demokrat
İstintaq gedir.
7NEWS.az








