RU
SON DƏQİQƏ: Mədəniyyət nazirliyi Anar Kərimova həvalə olundu
16:37
1145

SON DƏQİQƏ: Mədəniyyət nazirliyi Anar Kərimova həvalə olundu

Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

 

Dövlət başçısının digər Sərəncamı ilə Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Anar Kərimova verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin fərmanı ilə Mədəniyyət Nazirliyi haqqında Əsasnamədə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Mədəniyyət nazirinin artıq iki birinci müavini olacaq. Mədəniyyət nazirinin digər birinci müavini isə Vaqif Əliyevdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ