Türkiyənin "Sivaspor" futbol klubunun avtobusu qəzaya uğrayıb.
7News.Az xəbər verir ki, içərisində "Sivaspor"un U14 və U15 futbolçularının olduğu avtobus Sivas-Kaysəri magistralının Əbuxan kəndindən keçən hissəsində dərəyəaşıb.
Qəza nəticəsində avtobusda olan 6 futbolçu yaralanıb. Onlar yaxınlıqdakı xəstəxanaya aparılıblar.
Qeyd edək ki, yol qəzasına güclü qar səbəb olub. Yolun buz bağlaması nəticəsində sürücü idarəetməni itirib.













