Məlumat üçün qeyd edək ki, Mingəçevir icra başçısı şəhərin ən strateji hissəsi, Kür çayının avarçəkmə üzrə Beynəlxalq "Prezident Kuboku reqatası keçirlən yeri "Sədərək Yusif”in "DEKA”şirkətinə satıb.
Qanunsuz, strateji ərazidə 'Sədərək Yusif' kimi tanına iş adamı Yusif Qədimbəyli 1000 nəfərlik şadlıq sarayı tikmək niyyətindədir. Bu barədə saytımıza Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmisi məlumat verib.
Onun sözlərinə görə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu ilin may ayında "Sədərək Yusif” kimi tanınan iş adamı Yusif Qədimbəyliyə təkcə şəhər üçün deyil, region üçün strateji obyekt hesab olunan Kür çayının dar hissəsinin böyük bir qismini "satıb”. Məsələ ilə bağlı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşları iyun ayında baxış keçiriblər, müvafiq akt tərtib edərək qanunsuz tikilinin dayandırılması üçün aidiyyatı qurumlara müraciət ediblər.
"Sədərək Yusif”in Kür çayına qarşı etdiyi ekoloji terrora görə yüzlərlə sakin Prezidentə yazılı müraciət edib, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidentdi, İDEA təşkilatının sədri Leyla Əliyevaya da müraciət ünvanlanıb. İcra başçısı və Yusif Qədimbəyli şəhərdə yeni etiraz dalğası yaradaraq şəhər sakinlərini ölkə başçısına qarşı qaldırırlar.
Mövzunu davam etdirəcəyik.
7NEWS.az video və fotoları təqdim edir:







<!-- /data/user/0/com.samsung.android.app.notes/files/share/clipdata_190922_123354_177.sdoc --> <!-- /data/user/0/com.samsung.android.app.notes/files/share/clipdata_190922_123140_508.sdoc -->







