Almaniyada nargilə kafeyə silahlı hücum olub.
7News.Az xəbər verir ki, hadisə Hessen əyalətindəki Hanau qəsəbəsində baş verib. Ölənlər və xəsarət alanların olduğu bildirilir.
Həyatını itirənlərdən 5-i Türkiyə vətəndaşıdır. Yaralılardan əksəriyyətinin vəziyyəti ağırdır.
Polis ərazini nəzarətə götürüb. Saxlanılanlar var.








