RU
SON DƏQİQƏ! Neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib
01:15
335

SON DƏQİQƏ! Neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib

Başqırdıstanın paytaxtı Ufa şəhərində neft emalı zavodunun boru xəttində güclü yanğın baş verib.

APA İnterfaks-a istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğına boru daxilində təzyiqin yüksək olması səbəb olub. 

Şahidlərin dediyinə görə, yanğın, təxminən 10 metr hündürlüyə qalxıb. 

Əraziyə giriş-çıxış təcili olaraq məhdudlaşdırılıb. İlkin məlumata görə, xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ