RU
SON DƏQİQƏ: Qaçqınların binasında yanğın: XƏSARƏT ALANLAR VAR - Rəsmi açıqlama/ YENİLƏNİB
13:33
1265

SON DƏQİQƏ: Qaçqınların binasında yanğın: XƏSARƏT ALANLAR VAR - Rəsmi açıqlama/ YENİLƏNİB

Daxili İşlər Nazirliyi Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada olan yanğınla bağlı məlumat yayıb.


Qurumun mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 18-də saat 19:00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Xocalı (5 ailə), Ağdam (2 ailə) və Laçın (2 ailə) rayon sakinlərinin yaşadıqları "Çiçək-Pioner" düşərgəsinin yaşayış binasında elektrik naqillərinin qısaqapanmasından yanğın baş verib.

 

Nəticədə 200 kv/m sahədə yanar konstruksiyalar yanıb, xəsarət almış Xocalı rayon sakini İlkin Zamanlı və FHN-in YMİ-nin əməkdaşı Asif Rufullayev xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

 

Ağdam rayonundan olan 7 nəfərdən ibarət 1 ailə qəsəbə ərazisindəki 14 saylı poliklinikaya yerləşdirilib, digərləri qohumlarının evlərinə gediblər.//bakipost.az

 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ