RU
SON DƏQİQƏ: Salyan icra başçısının qaynı özünü asdı - YENİLƏNİB
10:38
7465

SON DƏQİQƏ: Salyan icra başçısının qaynı özünü asdı - YENİLƏNİB

Dünən Bakı şəhər Binəqədi rayonu Sulutəpə qəsəbəsində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb.
 
Lent.az xəbər verir ki, ilkin araşdırma zamanı özünü asan 45 yaşlı Müşfiq Əliyevin psixi xəstəlikdən əziyyət çəkdiyi məlum olub. Yaxınları onun davranışlarında son vaxtlar aqressivlik yarandığını, əsəblərinin korlandığını deyiblər. O, polis sistemindən də səhhətindəki problemlər səbəbindən kənarlaşdırılıbmış.
 
*** 
  
Bakıda intihar hadisəsi baş verib.
 
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Sulutəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 45 yaşlı Müşfiq Cənnət oğlu Əliyev yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.
 
Məlumata görə, M. Əliyev təqaüddə olan polis işçisidir. O, əvvəllər Laçın rayon Polis Şöbəsində çalışıb.
 
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. 
 
Onu da qeyd edək ki, M. Əliyev Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovun qaynıdır.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ