Tatarıstanın rəhbəri Rüstəm Minnixanov respublikanın səhiyyə nazirini vəzifəsindən uzaqlaşdırıb. 7News.az xəbər verir ki, respublika rəhbərinin imzaladığı sərəncama əsasən, Adel Vafin tutduğu vəzifədən azad edilib. Qeyd edək ki, A.Vafin 2013-cü ilin sentyabrından respublikanın səhiyyə sahəsinə rəhbərlik edib. Onun yerinə isə 7 saylı şəhər xəstəxansının baş həkimi Marat Sadıkov təyin edilib.