Pakistanın şimal-şərqində yerləşən Pəncəb əyalətində sərnişin və yük qatarları toqquşub.
7News.Az apa.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində ən azı 9 nəfər həlak olub, 67 nəfər yaralanıb.
Yerli hökumət rəsmilərinin sözlərinə görə, Rəhimər-Xan şəhəri ərazisində hərəkətdə olan sərnişin qatarı tam sürətlə dayanmış vəziyyətdə olan yük qatarına çırpılıb.
Yaralılardan 11-nin uşaq olduğu bildirilir. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
7News.Az








