RU
SON DƏQİQƏ: Sərt karantində balığı ilə küçəyə çıxdı:
15:14
1087

SON DƏQİQƏ: Sərt karantində balığı ilə küçəyə çıxdı: "Hava alırdı"

İspaniyada balığını gəzdirən adam cəzalanıb.

7News.Az Qərb mətbuatına istinadən xəbər verir ki, İspaniyada koronavirus səbəbindən sərt karantin rejimi tətbiq edilsə də, ev heyvanlarının çölə çıxarılmasına icazə verilib. 

Bu icazəni fürsət bilən insanlar qeyri-adi səbəblərdən küçəyə çıxmağa başlayıb. Bir vətəndaş da bunu bəhanə edib evində saxladığı yapon balığı ilə küçəyə çıxıb.

Polislər tərəfindən saxlanılan kişi balığını gəzdirmək üçün çölə çıxdığını bildirib. Lakin polislər adama pul cəzası yazaraq, evinə göndərib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ