22:33
Gəncə şəhər icra başçısına hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs hücum edib.
Bu barədə Oxu.Az-a Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
21:43
Gəncənin icra başçısı Elmar Vəliyevə Yunus adlı şəxsin atəş açdığı məlum olub.
Əldə etdiyimiz məlumata görə, həmin şəxs artıq həbs edilib.
İcra başçısının yerləşdirildiyi Gəncə Mərkəzi Klinik Xəstəxanasından E. Vəliyevin vəziyyəti ilə bağlı açıqlama verməkdən imtina ediblər.
21:27
Gəncənin icra başçısı Elmar Vəliyev hücuma məruz qalıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, E. Vəliyev Gəncədə univermağın qarşısında silahlı hücuma məruz qalıb.
Hadisə nəticəsində Elmar Vəliyevin mühafizəçisi həlak olub.
Yaralı icra başçısı Gəncə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.








