Azərbaycanda siqaretlərin qiyməti yenidən qalxıb.
2,50 manata satılan "Kent”, "Davidoff” və digər markalı siqaretlər bir neçə gün əvvəl 20 qəpik, 2 manata qədər olan siqaretlər isə 10 qəpik bahalaşsa da, bu artım da son olmayıb.
Belə ki, az öncə parakəndə satış məkanlarında 2,70 manata satılan siqaretlər 30 qəpik qalxıb:
"Artıq "Kent-4”, "Davidoff” və digər bu markalı siqaretlər 3 manat oldu. 1,80 manata satılan "Winiston” və bu kimi siqaretlər isə artıq 2-2,10 manata parakəndə satışa çıxarılıb”.//mia.az
7News.az








