Liviyada BMT tərəfindən tanınan Milli Hökumətə bağlı hərbi qüvvələr (SIHA) qiyamçı general Haftarın sığındığı Cufra bölgəsində rus hərbçilərinə məxsus Pantsir raket əleyhinə müdafiə sistemini məhv ediblər.
7News.Az teleqraf.com-a istinadən xəbər verir ki, hücum zamanı 3 rus muzdlu döyüşçü (Vagner xüsusi təyinatlıları) öldürülüb, 7 hərbçi yaralanıb.
Liviya Milli Hökuməti məlumatı təsdiqləyib.
7News.Az








