7NEWS.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski İnstaqram səhifəsində məlumat verib.
Ukraynanın dövlət başçısı Ukraynaya güclü dəstəyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına təşəkkür edib.
"Rusiya hərbi gəmilərinin Qara dənizə keçməsinə qoyulan qadağa və bu gün Ukraynaya əhəmiyyətli hərbi və humanitar dəstək çox vacibdir. Biz bunu heç vaxt unutmayacağıq", - Zelenski bildirib.
Xəbər verdiyimiz kimi, fevralın 24-də Ukrayna Rusiya gəmiləri üçün Bosfor və Dardanel boğazlarının bağlanması ilə bağlı Türkiyəyə rəsmi müraciət edib.








