RU
SON DƏQİQƏ! Ukrayna MDB müqaviləsindən çıxdı: Azərbaycanla saziş imzalanacaq
14:16
15525

SON DƏQİQƏ! Ukrayna MDB müqaviləsindən çıxdı: Azərbaycanla saziş imzalanacaq

Ukraynanın Nazirlər Kabineti ölkənin Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində daha iki müqavilədən çıxmasını təsdiqləyib.

7News.Az Ukrayna KİV-inə istinadən xəbər verir ki, söhbət Birliyə üzv dövlətlərin humanitar əməkdaşlığı haqqında Sazişdən (2005-ci ildə Kazanda imzalanıb) və Birliyə üzv dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının yaradılması haqqında Sazişdən (2006-cı ildə Minskdə imzalanıb) gedir.

Bunun əvəzində rəsmi Kiyev Birlik üzvü olan ölkələrlə yeni birtərəfli sazişlər bağlayacaq.

Belə ki, Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan ilə ayrı-ayrılıqda saziş bağlanacaq.
 
 
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ