RU
SON DƏQİQƏ Xalq artisti dünyasını dəyişdi - FOTO
11:21
680

SON DƏQİQƏ Xalq artisti dünyasını dəyişdi - FOTO

SSRİ xalq artisti, Türkmənistanın tarixində ilk dəfə Avropa opera partiyalarının ifaçısı Maya Quliyeva 98 yaşında Aşqabadda vəfat edib.

7news.Az xəbər verir ki, müğənni ötən gün axşam saatlarında yaşadığı mənzildə dünyasını dəyişib.

Maya Quliyeva 1941-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasını bitirib. Həmin ildən Türkmənistanın Mahtumqulu adına opera və balet teatrında işləyib.
 

1955-ci ildə SSRİ xalq artisti fəxri adına layiq görülüb.

2008-ci ildə Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov tərəfindən Altyn Aу qızıl medalına layiq görülüb.

Xalq artisti dünyasını dəyişdi - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ