RU
SON DƏQİQƏ! Xırdalanda PARTLAYIŞ - DAĞINTILAR ALTINDA QALANLAR VAR
20:21
590

SON DƏQİQƏ! Xırdalanda PARTLAYIŞ - DAĞINTILAR ALTINDA QALANLAR VAR

Abşeron rayonunda evdə partlayış baş verib.

7News.Az-ın Fövqəladə Hallar Nazirliyindən (FHN) əldə etdiyi məlumata görə, hadisə rayonun Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Partlayışın təsirindən yaxınlıqdakı evlərə zərər dəyib. Belə ki, evlərin pəncərələrinin şüşələri qırılıb.

Partlayışdan sonra yanğın başlayıb.

1 qadın və 1 uşaq dağıntılar altından çıxarılıb.

Dağıntılar altında hələ də insanların olduğu ehtimal edilir. Bu istiqamətdə xilasedicilər tədbirlərini davam etdirir.





BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ