Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
7News.Az Report-a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Həkimlər yaralıların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.
7News.Az








