RU
SON DƏQİQƏ: Yasamalda dəhşət: itkin düşən qız və oğlan avtomobildə ölü tapıldı - DƏRƏNİN DİBİNDƏ
19:32
3459

SON DƏQİQƏ: Yasamalda dəhşət: itkin düşən qız və oğlan avtomobildə ölü tapıldı - DƏRƏNİN DİBİNDƏ

7NEWS.az xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzaldan 'Sədərək' ticarət mərkəzinə gedən yolda ağır yol qəzası baş vermişdi. Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişmişdi. Bu barədə redaksiyamıza hadisənin təfərrüatı ilə bağlı maraqlı məlumat daxil olub. Məlumatda deyilir ki, avtomobildə dünyasını dəyişən 2 gənc əslində axtarışda idilər. Vasif və Aygün (red. soyadlarını dəqiqləşmədən sonra yayacağıq) adlı gənc faciə nəticəsində dünyalarını dəyişiblər. Məlumatda o da qeyd olunur ki, gənc xanım oğlandan bir neçə dəqiqə qabaq dünyasını dəyişib. Belə bir ehtimal var ki, oğlan əvvəlcə qızı öldürüb, sonra avtomobilini ilə dərəyə doğru sürərək intihar edib. Daewoo Lacetti markalı avtomobildə cəsədi tapılan hər 2 gəncin Yasamal Polis bölməsində axtarışda olduğu bildirilir. Məlumatı dəqiqləşdirməyə çalışacağıq.
7NEWS.az <!-- /data/user/0/com.samsung.android.app.notes/files/share/clipdata_190603_192909_321.sdoc -->


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ