Afrikadan Avropaya köç etməyə can atan mühacirlər faciə ilə üzləşib.
7News.az-ın məlumatına görə, onları daşıyan taxta gəminin aşması nəticəsində xeyli sayda miqrant boğularaq ölüb. İtaliyanın sahil mühafizə xidmətinin əməkdaşları təkcə dünən 28 liviyalının cəsədini aşkar edib. Onlardan 22-si həddindən artıq yüklənmiş bərədə tapılıb. Bildirilir ki, göyərtədə 1000 nəfərə qədər mühacir olub. Digərlərinin taleyi barədə məlumat verilmir.
Qeyd edək ki, 2 gün əvvəl beynəlxalq sularda əksəriyyəti afrikalılar olmaqla, təxminən 6 minə qədər miqrant xilas edilmişdi. Onlar rezin qayıqlarla Avropa sahillərinə köç etməyə can atırmış./atv
7News.az








