RU
SON DƏQİQƏ: Yeni Yasamalda 'Akkord'un binası yanır - FHN 30 DƏQİQƏDİR GƏLMİR - VİDEO +Yenilənib
22:05
324

SON DƏQİQƏ: Yeni Yasamalda 'Akkord'un binası yanır - FHN 30 DƏQİQƏDİR GƏLMİR - VİDEO +Yenilənib

Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 41 ünvanında çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzildə yanğın olub.

Bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

İlkin məlumata görə, həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində təqribən 80 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Yanğınsöndürmə işləri davam etdirilir.

----

7NEWS.az xəbər verir ki, bu dəqiqələrdə Yeni Yasamalda 'Akkord'a məxsus yaşayış binasında yanğın baş verir. 30 dəqiqədən çox vaxt keçməsinə baxmayaraq FHN əməkdaşları hadisə yerinə çata bilmirlər. Xəsarət alanlar və dəymiş ziyanla bağlı heç bir məlumat yoxdur. 
Xəbər yenilənəcək.
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ