RU
SON DƏQİQƏ:3 yaşlı Zəhranı qaçıran qadının kimliyi məlum olub - YENİLƏNİB - FOTO
16:42
6967

SON DƏQİQƏ:3 yaşlı Zəhranı qaçıran qadının kimliyi məlum olub - YENİLƏNİB - FOTO

3 yaşlı Zəhra Bağırzadəni qaçıran qadının kimliyi məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, həmin şəxs Masallı rayon sakini Təzəgül Nəzərovadır.

O, Nizami rayonu ərazisində polis əməkdaşları tərəfindən Zəhra ilə birlikdə saxlanılıb.

Zəhra qadından alınaraq, ailəsinə verilib.

---

3 yaşlı Zəhranın qaçırılması ilə bağlı bir nəfər saxlanılıb.

Saxlanılan şəxs Masallı rayonundan olan qadındır.

Hazırda o, polis bölməsində dindirilir və digər istintaq hərəkətləri aparılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl evlərinin yaxınlığında müəmmalı şəkildə yoxa çıxan Zəhra Bağırzadə bu gün tapılaraq ailəsinə verilib./apa

 

 7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ