RU
SON DƏQİQƏ:Bakı metrosunda intihara cəhd
14:28
520

SON DƏQİQƏ:Bakı metrosunda intihara cəhd

Bu gün metronun "Gənclik” stansiyasında bir nəfər özünü relslərin üzərinə atıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin  verdiyi məlumata görə, saat 13:45 radələrində Bakı şəhər sakini Zülfüqarov Elvin Əli oğlu özünü relslərin üzərinə ataraq intihara cəhd edib.

Onun sözlərinə görə, o, dostu ilə mübahisə etdikdən sonra bu addımı atıb.

Stansiyada qatar olmayıb. Stansiya və polis əməkdaşları vətəndaşı təcili oradan çıxarıblar.

Zülfüqarov xəsarət almayıb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ