7News.az bildirir ki, "Rövşən Lənkəranski"nin yaxın ətrafından verilən məlumata görə, kriminal avtoritetin İstanbulda aparıldığı Şişli Etfal Xəstəxanasında keçindiyini dəqiqləşdirib.
Mənbə bildirib ki, Rövşən aldığı güllə yaralarından təxminən 1 saat əvvəl xəstəxanada keçinib. Ona bir neçə güllə dəyib və həkimlər kriminal avtoritetin aldığı yaraların ona yaşamaq şansı qoymadığını bildiriblər.
Məlumata görə yaxınları "Rövşən Lənkəranski"nin cənazəsini Azərbaycana gətirmək üçün İstanbula gediblər./virtualaz.org
7News.az








